Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə xatirə tədbiri keçiriləcək. Musiqili Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, noyabrın 24-də təşkil olunacaq tədbirin rejissoru Cavid İmamverdiyevdir.
Yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxtı ilə onunla birlikdə çalışmış həmkarları iştirak edəcəklər.
Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış səyyar sərgi təşkil olunacaq, sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitab (müəllifi İ. Rəhimli) və foto-albom nəşr ediləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.
Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















