"Eurovision-2017"də 43 ölkə iştirak edəcək

"Eurovision-2017"də 43 ölkə iştirak edəcək

"Eurovision-2017" Mahnı Müsabiqəsinə iştirak edəcək ölkələrin sayı açıqlanıb.

Apa-nın mahnı yarışmasının rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə ümumilikdə 43 ölkə qatılacaq. Bu il Rumıniya və Portuqaliyanın da adı siyahıya əlavə olunub. 62-ci dəfə baş tutacaq müsabiqə Ukraynanın paytaxı Kiyevdə keçiriləcək. Yarışmanın keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzi 11 min tamaşaçı tutumuna malikdir. Biletlər haqqında məlumat yaxın aylarda açıqlanacaq.

Yarışmada Azərbaycan təmsilçisi də iştirak edəcək. Türkiyə isə ötən il olduğu kimi bu il də müsabiqəyə qatılmayacaq.

Qeyd edək ki, "Eurovision – 2016" mahnı yarışmasının qalibi ukraynalı Jamala olub. Müsabiqə növbəti ilin may ayında keçiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az