Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktor İsmail Seragəldin Bolqarıstan prezidentinin mükafatı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bolqarıstan Respublikası Prezident sarayında prezident Rosen Plevneliev, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Azərbaycan və Misirin Bolqarıstandakı səfirlərinin iştirakı ilə mükafatın təqdimat mərasimi keçirilib.
R. Plevneliev doktor İ. Seragəldinin NGBM-in həmsədri kimi göstərdiyi önəmli fəaliyyətini vurğulayıb. İ. Seragəldin Sofiya Universitetinin Fəxri Doktoru diplomu ilə də təltif edilib.
Qeyd edək ki, NGBM Bolqarıstan hökuməti və ictimai qurumları ilə fəal əməkdaşlıq edir. Belə ki, R. Plevneliev Mərkəzin təşkil etdiyi 3-cü və 4cü Qlobal Bakı Forumlarında, təşkilatın Ali Səviyyəli toplantılarında iştirak edib və Sofiyada bu toplantılara ev sahibliyi edib. Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov Mərkəzin İdarə Heyətinin üzvü, eks-prezident Georgi Prvanov və keçmiş baş nazir Petre Roman isə üzvləridir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















