25 oktyabr tarixində Nizami Kino Mərkəzində təqdimatı keçirilən "Mənim tanıdığım Vaqif" filmi ilk dəfə internetdə yayımlanıb. Rejissorlar Əli Xakidani (Əli İsa Cabbarov) və İrakli Apakidzenin birgə ərsəyə gətirdiyi bu 40 dəqiqəlik film HD keyfiyyətdə çəkilib.
Xatırladaq ki, film tanınmış cazmen Vaqif Mustafazadəyə həsr olunub. Filmin çəkilişləri Estoniya, Rusiya, Gürcüstan, Polşa və ABŞ-da çəkilib. Çünki film Vaqif Mustafazadənin müasirləri olan, onun sənət irsinə, şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.
Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da İçərişəhərdə doğulub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbində, Bakı Musiqi Akademiyasında təhsil alıb. İlk vaxtlar klassik caz, bluz və oynaq mahnılar ifa edib. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısı sayılır. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini (Caz-Muğam) yaradıb. Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.
Hazırladı: Könül Aypara
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















