Azərbaycanın xalq artisti Murad Adıgözəlzadə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında konsert proqramı ilə çıxış edib.
"Report" xəbər verir ki, M.Adıgözəlzadə Rusiyanın tanınmış pianoçusu Mixail Lidski ilə birlikdə Vladimir vilayəti Qubernator simfonik orkestrinin müşayiəti ilə Motsartın iki fortepiano və orkestr üçün 7 və 10 nömrəli konsertlərini ifa edib.
Yüksək ustalıq və incə məharətlə ifa olunan konsert Moskva sənətsevərləri tərəfindən hərarətlə qarşılanıb.
M.Adıgözəlzadə Moskvaya Vladimir şəhərində uğurla başa çatan konsertindən sonra gəlib. Vladimir şəhərinin Klassik Musiqi Mərkəzində baş tutan konsertdə də Motsartın əsərləri səslənib.
Xatırladaq ki, Bakı klassik musiqi həvəskarları Murad Adıgözəlzadə və Mixail Lidski tandemi ilə artıq tanışdırlar. İki musiqiçinin 2014-cü ildə Bakıda Dövlət Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə parlaq ifası yaddaqalan olmuşdu.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































