Oktyabrın 10-dan-14-dək Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı Səfirliyi, "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.
Oktyabrın 10-da saat 19-00-da baş tutacaq açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və "Kinofest" Prodüser Mərkəzinin direktoru Sergey Braqin iştirak edəcəklər.
Qeyd edək ki, açılış mərasimindən qabaq saat 18-00-da Nizami Kino Mərkəzinin konfrans zalında qonaqların və mədəniyyət nazirliyin əməkdaşlarının iştirakı ilə media üçün Mətbuat Konfransı keçiriləcək.
Açılış mərasiminin rəsmi hissəsindən sonra rejissor Renat Davletyarovun "Təmiz sənət" bədii filmi nümayiş ediləcək.
Xatırladaq ki, Kino Günləri çərçivəsində 11 oktyabr saat 18:30-da rejissor Yuriy Vasilyevin "Qəhrəman", 12 oktyabr saat 18:30-da İndar Djendubayevin "O, drakondur", 13 oktyabr saat 18:30-da İlya Çijikov və Anton Çijikovun "Bizim qəbirstanlığın oğlanı", 14 oktyabr saat 18:30-da isə Eduard Bordukovun "Qutu" bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Nümayişlərə giriş sərbəstdir.
P.S. Nizami Kino Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Arzu Əhədovaya məlumat üçün xüsusi təşəkkürlər!
Hazırladı: Könül Aypara
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















