"Ölməmişəm, sağam. Bu xəbərin haradan qaynaqlandığını da bilmirəm".
Bu sözləri aktrisa Kübra Əliyeva deyib.
O, ölüm xəbərinin yalan olduğunu bildirib: "Səhərdən zəng edib soruşurlar. Narahat olmayın, mən sağ-salamatam. Kim, niyə bu xəbəri yayıb, bilmirəm".
Bu xəbəri ilk dəfə əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə yazmışdı: "Səhnəmizin dəyərli sənətkarı Kübra Əliyevanın dünyamızdan köçməsi xəbəri olduqca üzücü bir xəbər oldu. Allah rəhmət eləsin, yeri behişt olsun! Amin!".
Bundan başqa, gününsesi.info saytına aktrisanın yaxın rəfiqəsi xəbər verib.
************************
Azərbaycanın Əməkdar artisti, aktrisa Kubrabəyim Əliyeva dünyasını dəyişib. Bu haqda Gununsesi.info-ya aktrisanın rəfiqəsi Solmaz Əliyeva məlumat verib.
Qeyd edək ki, Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. Musiqili Komediya Teatrında oynadığı rollar bunlardır. Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s.
Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq). Aktrisa "Evləri köndələn yar" (Bazarkomun arvadı), "Analar"(Zərbuta), "İtkin gəlin" (Xədicə), "Sabiqlər" (Nazirin arvadı), "Sonuncu məhəbbət" (Ümbülnisə) teletamaşalarında iştirak edib.
Kubrabəyim Əliyeva 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.
2006-cı ildən Prezident təqaüdçüsüdür.
Allah rəhmət etsin!
Gülnaz Qənbərli
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































