23 sentyabr 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə Masallı rayon birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir."Xəmsə" Milli İntellektual oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilib. Rayon Birinciliyində IX–XI sinif şagirdlərindən ibarət olan məktəb komandaları öz bilik-bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Yarışın yekununda F.Xancanov adına Musaküçə kənd tam orta məktəbin komandası (2000) xalla I yerə, S.Tağıyev adına Digah 4 saylı tam orta məktəbin komandası (-600) xalla II yerə , Həsənli kənd tam orta məktəbin komandası (–2000) xalla III yerə çıxmışdır. Fərqlədiyinə görə isə R.Əlihəsənov adına Şəhər 1 saytlı tam orta məktəbin komandası diplomla təltif olunmuşdur.Qalib gəlmiş bütün komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.
Əlihüseyn ŞÜKÜROV
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































