Həştərxan vilayətinin hökumət sədri Konstantin Markelov II Xəzər Media Forumu çərçivəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
"Report" Həştərxan KİV-inə istinadən xəbər verir ki, görüş zamanı E.Vəlizadə bir sıra sahələr üzrə Həştərxan vilayəti ilə əməkdaşlıqda və təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.
K.Markelov Azərbaycan tərəfinə vilayətin gələn ilə təsadüf edən yubileyi haqqında danışıb: "Rusiya prezidenti Vladimir Putin vilayətin 300 illiyi şərəfinə təntənəli mərasim keçirilməsi barədə tapşırıq verib. İndi bu tədbirə hazırlıq işləri gedir. Bayramımıza Azərbaycan nümayəndə heyətinin gəlişi qürurverici olardı".
Həştərxan vilayətinin hökumət sədri həmçinin yibiley ilində Həştərxanda Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planından da söz açıb.
Bakıda isə Həştərxan vilayəti barədə informasiya və mədəniyyət sərgisi keçiriləcək. Sərgidə Həştərxanda arxivində saxlanılan nadir şəkillər və sənədlər, eləcə də Bakıda yaşamış və işləmiş məşhur isveçli alim Alfred Nobel barədə sənədlərin orijinal nüsxələri nümayiş olunacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















