Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) növbəti ali səviyyəli toplantılarından biri Maltada keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Apa-ya verilən məlumata görə, bu məsələ Nyu-Yorkda səfərdə olan mərkəzin nümayəndə heyəti ilə Maltanın Baş naziri Jozef Muskatın görüşündə müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısının keçirilməsinə dair razılığa gəlinib.
Görüşdə mərkəzin İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və mərkəzin baş katibi Rövşən Muradov iştirak edib.
Mediainfo.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































