Nizami Kino Mərkəzi sentyabrın 15 –dən ABŞ, Almaniya və Fransanın "Snouden", ABŞ –ın "Hudzonda möcüzə" və ABŞ, İrlandiya, Fransa və Böyük Britaniya istehsalı olan "Bricit Cons 3" filmlərinin nümayişinə başlayıb. Həmçinin, kinomərkəzdə Türkiyə istehsalı olan "El değmemiş aşk" romantik komediyasının nümayişi davam edir.
Triller, bioqrafik dram janrında çəkilmiş "Snouden" filminin rejissoru və ssenari müəllifi Oliver Stoundur. Sloqan: " Nə qədər ki bacarırsan, qaç" Yaş həddi: 16+
O, ailə ənənələrini davam edərək Vətənə xidmət etmək arzusunda idi. O, antiterror proqramını dəstəkləyir və ABŞ hökümətinə tam inanırdı. Edvard Snouden xüsusi xidmətdəki karyerasının ilk çağında heç düşünə bilməzdi ki, məxvi sənədləri ictimailəşdirərək dünya tarixində ən böyük ifşaya imza ataçaq. Dünyanın gözünü yalana açdığı an, o, xoşbəxt həyata açılacaq bütün qapılarını qapadır: karyerasından, onu satqın adlandıran sevgilisindən və Vətənindən imtina etmək məcburiyyətində qalır.
Filmdə rolları Cozef Qordon –Levvitt, Mellisa Leo, Zakari Kuinto, Ceyms Batler, Robert Fert, Reyçel Xendşou və digər aktyorlar canlandırıblar.
Todd Komarnikinin senarisi əsasında rejissor Klint İstvudun ekranlaşdırdığı "Hudzonda möcüzə" filmi triller və bioqrafik dram janrındadır. Sloqanı: "Möcüzəvi qurtuluşun həqiqi tarixçəsi" Yaş həddi:16+
2009-cu il yanvarın 15-də baş verənləri "Hudzon möcüzəsi" adlandıracaqlar. Həmin gün 1549saylı reysin kapitanı Çesli Sallenberqer 320A təyyarəsiylə Nyu-Yorkun Hudzon çayının soyuq sularına məcburi qəza enişi edir. Təyyarənin göyərtəsində olan 155 sərnişinin biri də xəsarət almır. Bu qəhrəmanlıq ictimaiyyət və KİV-lər tərəfindən böyük sayğı və fəxrlə qarşılansada hadisə ilə bağlı, kapitan Sallinin karyerasına və uzunillik professional nüfuzuna xələl gətirə biləcək cinayət işi açılır...
Rollarda Tom Henks, Aaron Ekhart, Valeri Maxaffey, Delfi Herrinqton, Mayk Omelli, Ceymi Şeridan, Anna Qann, Xolt MakKellanı, Ahmed Husseyn, Lora Linni və digər aktyorlar çəkilib.
"Bricit Cons 3" melodramatik komediyanın rejissoru Şeron Maquayr ssenari müəllifi Helen Fildinqdir. Sloqanı: "Onu böyük dəyişiklər gözləyir" Filmin yaş həddi: 16+
Yaxşı işi, Londonun mərkəzində mənzili olan Bricit Cons macərasız keçinmır. Onun kişilərlə lazım olmayan vaxt lazım olmayan yerə düşmək xüsusiyyəti onu çətinliyə salır. İndi o, uşagının atasının kim olduğunu dəqiq bilmir: cəzibədar milliarder yoxsa tanınmış vəkil? Bir sözlə, Bricit Cons maraqlı vəziyyətdədi...
Baş rollarda Rene Zellveger, Kolin Fert, Patrik Dempsi, Cemma Cons, Cim Brodbent, Selli Fillips, Culian Raynd – Tatt, Şirli HendersonBen Uillbond və Pol Bentall çəkiliblər.
AF Media-Azərbaycan şirkətinin təqdim etdiyi "El degmemiş aşk" romantik komediyasinin rejissoru Umut Kırcadı. Yaş həddi:14+
Zəfər hələ böyüməmiş biridi. Ən böyük marağı, fanatı olduğu futbol komandası və böyük eşqi Duyğudu. Zeferin uşaqlıq hərəkətlərinən bezən valideynləri onu evləndikdən sonra böyüməsinə ümid edirlər. Uşaqlıq vaxtı sevdiyi qıznan evləndirilən gənc, Duyğunu istədiyinə görə bu evlilikdən min bir üsulla qurtulmaq istəyir. Zeferin qurtulmaq planları gözlənilmədən başqa yola səmt alır...
Rollarda Ceren Moray, Begüm Kütük, Oya Başar, Emre Karayel ve Cem Kılıç çəkilib.
Əziz kinosevərlər filmlər və kinomərkəzdə keçiriləcək tədbirlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənə bilərsiz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Hazırladı: Könül AYPARA
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































