İndi kimin üzünə baxıramsa, hamı dərdli görünür. Başımızı problemlər elə qatıb ki, dostu da, qohumu da unutmuşuq. Dərd birdir, ikidir? Hansını deyim? Nədən danışsam, deyəcəksiniz ki, Vallah mən də o gündəyəm. Necə edək ki, həyatımız çiçəklənsin?
Hərdən düşünürəm ki, qonşumuz Əhməd dayı kimi dolana bilmək üçün nə etmək lazımdır?! Vallah qonşunun malında gözüm yoxdur. Amma aşagıdan yuxarı baxanda, adamın gözləri qamaşır. Rəngarəng villalar, maşınlar cüt-cüt, geyimlər və s. Həyətində cüt-cüt maşını olanlara isə dördgözlə baxıram. Lap qonşunun dördgözlü "Mercedes"i kimi.
...İndi sənin maşının var deyə, yağışlı havada kiminsə yanından kecib, üstünü palçıq etməyə haqqın varmı? Məgər, kasıbın üstü palçıq olmalıdır? Onsuz da səndən fərqli olaraq, o kasıbın çorəyinin içi palçıqlıdır axı. Onun üzərindən sənin vurduğun bahalı ətir iyi gəlmir, mazut, torpaq iyi gəlir.
Əlini uzadıb, "Ay adam, nə edirsən?" - deyə soruşmağa da haqqım yoxdur. Şüşəsini endirib elə bağıracaq ki, sanki əlindəki palçıqlı su ilə dolu vedrəni maşınına sən tökmusən. Heç nə, sakitcə sus keç, ay kasıb! Belə vəziyyətdə nə edə bilərsən? Üzünə gülüb sakitcə geri evinə qayıdacaq. Əynində palçığa batmış paltosu, evdə çox az istilik verən qızdırıcının üstünə atacaq. İndi quruyar, bu saat quruyar.
Öz-özünə deyinəcək: Axı işə gedirdim, niyə yolumdan etdin məni? Səndən fərqli olaraq, bir qalın paltom var, amma bu da quruyan deyil.
Deyinə-deyinə nazik bir gödəkçəsini geyinib evdən çıxır, amma bu dəfə çox ehtiyatla. Blokdan başını çixarır ki, görsün o pullu qonşum və ya atası Əhməd kişi həyətdə deyil ki?!
Bir sözlə, metroya düşür. Metro da ki..?!
Gül gülü çagırır, bülbül də bülbülü. Əvvəlcə elə bildim ki, bu, dollarla bağlı nəsə nümayişdir. Düsündüm ki, dolları olan metroda nə gəzir? Bu millət işə tələsir. Sadəcə, başqa dövlətlətlərin metropolitenindən fərqli olaraq, bizdə interval 10-15 dəqiqədir. Döz, ay kasıb, döz!
Metronun uzaqdan işığını yeni görmüşdüm ki, millət necə axışıb içəriyə mindisə, rəngini belə görməyə imkan tapa bilmədim. Nəhayət, "Növbəti stansiya Koroğlu" deyən xanımın səsini eşitmək mənə də nəsib oldu.
Artıq vaqondaydım. Buna da şükur edib, yoluma davam etdim. Yol boyu bizim millətin bir-birilərinə deyilən "xoş" sohbətlərinə istəmədən qulaq şahidi oldum. Üstəlik, bəzilərinin əlində telefon kiminləsə yazışmasını da seyr etdim
. Yazı yazan adamın yanındakıların da baxmağı xoş olmasa belə, seyr etməyə davam edirəm. Bizim xalqın maraq dairəsi başqadır axı!
… Əlqərəz, belə bir basabasda metrodan necə çıxmaq fikri də bir tərəfdən dərd oldu mənə. Birtəhər bunu da adladım. Beynimdə isə ancaq bir sual dolaşırdı: İşə geciksəm, maaşımdan tutulacaqmı? Belə də oldu. İşə gecikdim. Mənimlə bərabər bir iş yoldaşım da gecikdi, amma onu yuxarı yerdən tapşırdıqları üçün heç bu barədə düşünmürdü. İşdə yoldaşlarım dedilər ki, bu gün maaş olacaq. Hamı sevindi, mən isə yariçiy vəziyyətdəydim. Niyə? Cavabı asandır: Aldıgım maaşın yarısı ev kirayəsi, qaz pulu, işıqpulu, supulu, bir sözlə, nə qədər əvvəlində pul sözü yazılanlar varsa, hamıya paylanacaq.
Beləliklə, hamı mühasibatlığın qarşısına yığışıb. Qapının qarşısında mənimlə bərabər gecikən dayısının gül balası da maaşını almaq üçün tələsirdi. Əcaba, o niyə?
Otaqdan sevincək, üzügülər çıxanların əlində pulu görmək mənə də xoş gəlirdi.
Nəhayət, bizim də vaxtımız gəlib çatdı. İmza atıb, maaşımı alanda, gözlərimə inanmadım. Gecikməyimi nəzərə almayaraq, maaşımı bütöv vermişdilər.
"Ay ALLAH, sənin ədalətinə Şükür", - deyib, sevindim.
Dayısının gül balasının isə maaşı kəsilmişdi. İçdən gülümsədim və öz-özümə düşündüm: Görəsən, bu kəsilən maaş əlavə olaraq geri qaytarılacaq, yoxsa dayının sözü artıq keçərli deyilmi, ya da kimlərisə "vicdanı"mı tərpədib?
P.S: Sizə danişdığım dayısının gül balası bilirsinizmi, kimin qohumu idi? Həmin bazburutlu qonsumun. Yəqin ki, mənim qara palçığımın əvəziydi. Bunu da özümə təsəlli bilirəm! :-)
Deməli, "ədalət" deyilən məhfum varmış...
Gülnarə AYDIN
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































