2026-cı il futbol üzrə Dünya Çempionatının ABŞ-ın İnqlvud şəhərində baş tutan dörddəbir finalında İspaniya Belçika ilə qarşılaşıb. Oyunun 30-ci dəqiqəsində ispaniyalı Fabian Ruis dəqiq zərbə ilə hesabı açıb. Buraxılan qoldan sonra hücuma atılan belçikalılar 41-ci dəqiqədə Şarl de Ketelaerenin vurduğu qolla hesabı bərabərləşdiriblər. Maraqlı və gərgin keçən oyunun 88-ci dəqiqəsində İspaniya millisinin oyunçusu Mikel Merino ikinci topu Belçika millisinin qapısından keçirərək komandasına 2-1 hesabı ilə qələbə qazandırıb.
Beləliklə, İspaniya Dünya Çempionatının yarımfinalına yüksəlib. Bu mərhələdə İspaniyanın rəqibi Fransa olacaq. Oyun 14 iyul çərşənbə axşamı ABŞ-ın Arlington şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Onu da deyək ki, İspaniya 2026-cı il Dünya Çempionatı çərçivəsində Belçika ilə keçirdiyi görüşdə ilk dəfə öz qapısından top buraxıb. Qolun müəllifi belçikalı Şarl de Ketelaere olub. Daha əvvəl İspaniya qrup mərhələsində Kabo Verde ilə (0-0) heç-heçə etmiş, Səudiyyə Ərəbistanını 4-0, Uruqvayı isə 2-0 məğlub etmişdi. 1/16 finalda Luis de la Fuentenin yetirmələri Avstriyaya 3-0, 1/8 finalda isə Portuqaliyaya 1-0 hesabı qalib gəlmişdilər.
DÇ-2026, 1/4 final mərhələsi
10 iyul
İspaniya - Belçika - 2:1
Qollar: Fabian Ruiz, 30 (1:0), De Ketelare, 41 (1:1), Mikel Merino, 88 (2:1)
Qeyd etmək lazımdır ki, ikinci yarımfinalın rəqibləri Norveç İngiltərə və Argentina və İsveçrə oyunundan sonra məlum olacaq.
Ayın 12-də Bakı vaxtı ilə daha 2 oyun keçiriləcək:
12 iyul
01:00. Norveç - İngiltərə
05:00. Argentina - İsveçrə
Əziz MUSTAFA
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü


















.jpg)
















.png)

















