Futbol üzrə 2026-cı il Dünya Çempionatının növbəti pleyy-off matçı ABŞ-ın Texas ştatının Arlington şəhərindəki AT&T stadionunda Avstraliya və Misir arasında keçirilib. Oyunun 13-cü dəqiqəsində Misir millisinin oyunçusu İmam Açur hesabı açıb. İkinci hissənin 55-ci dəqiqəsində misirli Məhəmməd Haninin topu öz qapısına göndərməsindən sonra oyunda tarazlıq bərpa edilib:1-1.
Oyun bu hesabla başa çatdığından qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtda da qapılara qol vurulmadığından penaltilər seriyasına əl atılıb. Penaltiləri daha dəqiq yerinə yetirən Misir millisi 4-2 hesabı ilə qalib gələrək növbəti mərhəlyə vəsiqəni özü üçün təmin edib. Bu mərhələdə Misir Argentina yığması ilə qarşılaşacaq.
Dünya Çempionatının pleyy-off matçı çərçivəsində ABŞ-ın Mayami şəhərindəki Hard Rock Stadionunda keçirilən növbəti oyunda Argentina Kabo-Verde ilə qarşılaşıb. Hesabı oyunun 29-cu dəqiqəsində Argentina millisinin oyunçusu Lionel Messi açıb. Gərgin mübarizə şəraitində keçən oyunun 59-cu dəqiqəsinda Kabo-Verdenin oyunçusu Deroy Duarte hesabı bərabərləşdirib. Oyunun əsas vaxtında qapılara əlavə qol vurulmadığından qalibi aşkar etmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın 92-ci dəqiqəsində Lisandro Martinez vurduğu qolla Argentina yığmasını yenidən hesabda irəli çıxarıb. Güclü rəqibi qarşısında iradə nümayiş etdirən Kabo-Verde 103-cü dəqiqədə Sidney Lopes Kabralın qolu sayəsində hesabı yenidən bərabərləşdirib:2-2.
Oyunun 111-ci dəqiqəsində Dinei Borgesin topu öz qapısına göndərməsindən sonra Argentina yenidən hesabda irəli çıxıb:3-2. Oyun bu hesabla da başa çatıb və beləliklə Argentina növbəti mərhələyə adlayıb. Bu mərhələdə Argentina Misir yığması ilə görüşəcək.
Dünya Çempionatının bu gün keçirilən növbəti pleyy-off matçında Kolumbiya Qana ilə görüşüb. Oyunun 14-cü dəqiqəsində kolumbiyalı Arias hesabı açıb. Hər iki tərəfin səylərinə baxmayaraq oyunda hesab dəyişməyib. Beləliklə Kolumbiya Qanaya 1-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Bu mərhələdə Kolumbiya İsveçrə ilə qarşılaşacaq.
DÇ-2026
3 iyul, 1/16 final
Avstraliya - Misir - 1:1, pen - 2:4
Qollar: Emam Aşur, 13 (0:1), Mohamed Hani, 55-avtoqol (1:1)
4 iyul
02:00. Argentina - Kabo-Verde - 3:2
Qollar: Messi, 29 (1:0), Duart, 59 (1:1), Martinez, 92 (2:1), Kabral, 103 (2:2), Borges, 111-avtoqol (3:2)
05:30. Kolumbiya - Qana - 1:0
Qol: Con Arias, 14
Qeyd edək ki, DÇ-2026-nın 1/8 final oyunları iyulun 4-8-də keçiriləcək
Bu mərhələdə aşağıdakı qarşılaşmalar keçiriləcək:
4 iyul
21:00. Kanada – Mərakeş
5 iyul
01:00. Paraqvay – Fransa
6 iyul
00:00. Braziliya – Norveç
04:00. Meksika – İngiltərə
23:00. Portuqaliya – İspaniya
7 iyul
04:00. ABŞ – Belçika
20:00. Argentina - Misir
8 iyul
00:00. İsveçrə – Kolumbiya
Əziz MUSTAFA
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?











































.jpg)












