Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Formula 1-ə görə Bakıda bəzi məktəblər onlayn dərsə keçəcək.

Azerbaycanpolisi.az xəbər verir ki, "modern.az” Bakı Şəhər Halqasının marşrutunu və əvvəlki illərdə tətbiq olunan qərarları araşdırıb.

Əvvəlki Formula 1 yarışları zamanı 132–134 nömrəli Təhsil Kompleksi, 6 nömrəli məktəb-lisey, 7 və 8 nömrəli məktəblər, 160 nömrəli Klassik Gimnaziya, Elitar Gimnaziya, 189–190 nömrəli məktəb, 2 və 147 nömrəli texniki-humanitar liseylər, 27 nömrəli, eləcə də 1 nömrəli məktəb müxtəlif illərdə onlayn tədrisə keçirilib.

Bu məktəblərin bir qismi birbaşa Bakı Şəhər Halqasının yaxınlığında, digərləri isə yarış günlərində yolların bağlandığı və giriş-çıxışın məhdudlaşdırıldığı mərkəzi ərazilərdə yerləşir.

Xüsusilə 132–134 nömrəli Təhsil Kompleksi, 6 nömrəli məktəb-lisey, 7 nömrəli məktəb və 160 nömrəli Klassik Gimnaziyanın adlarına əvvəlki illərin siyahılarında dəfələrlə rast gəlinir. 189–190 nömrəli məktəb də Formula 1 səbəbilə əvvəlki illərdə distant tədrisə keçirilən məktəblər sırasında olub.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.29

2026.10.28

2026.10.27

2026.10.26

2026.10.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az