Hörmətli din xadimləri, siz artıq ciddi mətləblərə keçin. Həcc ziyarətinə axan pulların hesabını sorun, hara, kimlərin cibinə gedir o fantastik paralar, niyə müsəlman uşaqlarının təhsilinə, İslam dünyasında elmə, texnologiyaya, mədəniyyətə yatırılmır — bunları xəbər alın.
Qadın qaş alsınmı, almasınmı, Ramazanda çimmək olar, olmaz, Məhərrəmlikdə gülmək qadağandır, ya yox tipli sualları buraxın artıq. On dörd əsrdir nəyin haram, nəyin halal olduğuna qərar verə bilməmisiniz.
Əl çəkin daha insanlardan, onları Allahları ilə təkbətək buraxın, hər kəs qəlbinin səsi ilə yaşasın.
Adamları neqativə kökləməyin, ağlaşmaya, bədbəxtliyə sürükləməyin. İmkan verin, bu din işıqlı bir çalar alsın, sevinc, rahatlıq gətirsin.
Din maqnatlarından tələb edin, ziyarətgahlara yağış kimi tökülən vəsaitləri müsəlmanların inkişafına yatırsınlar. Bir stul, bir televizor, bir kompüter icad etməyən İslam dünyasının bədbəxtlikdən, səfalət və cəhalətdən qurtulması üçün çalışın.
İnsanların gülməyə, sevinməyə, ümidə, işığa ehtiyacı var. Çəkilin artıq, Günəşin önünü kəsirsiniz.
Azərbaycanpolisi.az
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
























































