Gənc qız kompüter arxasında oturaraq barmaqlarını notebook-unun düyməciklərinə aparır, sevdiyinə nə isə yazmaq istəyir, lakin son anda vaz keçirdi. Bunu dəfələrlə təkrar etsə də, özündə bu son sözləri yazmaq üçün cəsarət toplaya bilmirdi.
Sevgi insanların sahib olduqları ən ali hissdir. Ruhun qidasıdır sevgi. Sevgi dənizdir. Elə məhz dənizin özüdür. Uzaqdan baxıldıqda çox gözəl görünər. Özünü onun qoynuna atmaq istəyərsən, amma səni öz sularına qərq edər. O belə səni boğar və öldürər. Gözəlliyinə heyran qaldığın o dəniz vəhşi bir yırtıcıya çevrilər sanki. O səni məhv edəcək, bilərsən. Amma bəzən qaçmaq, canını qurtarmaq istəməz, buna cəhd belə etməzsən. Bəzən isə sən o sularda boğulmağa razı olarkən dəniz səni öz sahilinə atar. Qovar səni. Xaric edər. Və ən əsası, özündən tamamilə məhrum edər.
Bu gənc qız da sevdiyi adamın qəlbindən qovulmuşdu. Əzab çəksə də, onsuzluğa öyrəşmişdi. Alışmışdı. Hətta özünə yeni bir dəniz də tapmışdı. Onu bütün ruhuyla hiss edə bilən, sevgisinə şəkki-şübhəsiz layiq olan biri idi bu. Hər şey tam yoluna girdi deyib dərindən bir nəfəs aldığı zamanda keçmiş sevgisi yenidən peyda olaraq, onun bütün hisslərini təzədən qabartmışdı. Gənc qız qəlbində nifrət böyütdüyünü sandığı bu oğlanı hələ də bütün varlığı ilə sevdiyini anlayaraq, hər şeyi, hətta nişanlanacaq olacağı, ona layiq olduğunu düşündüyü, onu çox sevən adamı belə yarı yolda qoyaraq sevdiyinə geri dönməyə razılıq verdi. Lakin yenə uğradığı xəyal qırıqlığı oldu. Paramparça oldu. Səbəbi də o gözündə böyütdüyü "sevdiyi" idi. Onu buralardan aparacağını, birlikdə xoşbəxt olacaqlarını söyləsə də, təyin olunan zamanda və sonrasında gənc qızın arxasınca görüş yerinə gəlməmişdi. Ümidləri qırılmış gənc qız gözləyişlərinin nafilə olduğunu anlayıb, geri qayıtmışdı. Yenidən aldandığı üçün, yenidən inandığı üçün özünü müqəssir bilib, özü-özünü danlaya-danlaya geri qayıtmışdı. Göz yaşları içində qayıtmışdı.
Artıq gecə yarı olmuşdu. Bir neçə saat sonrakı nişanına hazırlaşmaq yerinə ağlayan bu gənc qız özündə cəsarət taparaq notebook-un düyməciklərinə basdı. Aramla yazmağa başladı. Sevginin son sözlərini bu səfər dərin nifrət hissi ilə yazmağa başladı:
- Bilirsən, söz vermişdim nə olursa olsun, səni unutmayacağam deyə. Başqasına aid olsam belə, qəlbimin, ruhumun, duyğularımın ən böyük əsəri sən olacaqsan deyə. Amma olmadı. Nə sən verdiyin sözləri tuta bildin, nə də ki mən. Sənin saxta məhəbbətinin altında nələrin gizləndiyini anlamaq mənə çox acılar verir. Amma hər işdə bir xeyir var. Elə deyilmi? Mənim də xeyrim səni unutmağa çalışmağım oldu. Uzun çəkdi səni unutmaq. Unutmamışam sandım. Hələ də sevirəm sandım. Lakin yanaqlarımda iz salmış yaşlar bahasına unutdum səni. Sevgimi içimə sıxıb, acı göz yaşlarımla içimə dolan sevgini elə göz yaşlarım vasitəsilə axıtdım. İndi səni düşünmək belə istəmirəm. Artıq uzaqlarda sənin həsrətinlə yaşayan biri yoxdur. Əmin ol. Unutdum. Acı çəkdim, amma olsun. Xoşbəxtəm. Saxta bir sevginin məskəni deyil artıq qəlbim. Saxta sevgilərin oxuyan bülbülü deyiləm artıq. Bilirsən, bəlkə də səni görsəm, əl-ayağım əsər, dilim dolaşar, gözlərim yaşlarla dolar. Amma deyil səni sevdiyimdən, peşmançılıq hissindən olar. Bir zamanlar səni sevməyimin, sənə verdiyim sevginin peşmançılıq hissi. Keçmişim başqa birinə aid idi, gələcəyim başqa birinə aid olacaq. Ruhumu, duyğumu, hisslərimi və bütün vücudumu ona təslim edəcəm. Heç vaxt sənin olmadım, olmayacam da. Bunun üçün şadam. Saxta sevgi daşıyan birinə mələklər qədər uzaq olduğum üçün xoşbəxtəm. Uzaqdan sevmişdim səni. Amma elə uzaqlarda da unutdum. Bir daha fikirlərim, hisslərim, ruhum sənin əsirin olmayacaq. Mən yalan sevginin sükunəti içində boğulan bir səs idim. Və çıxdım o sükunətdən. Anladım ki, mən sənin sevginin son dəbli möhtəşəm bir evinin yeni dizaynını pozan köhnə bir əşya olmuşam. Amma bəzilərinin köhnə hesab etdiyi əşyalar dəyərdən anlayan sərraflar tərəfindən əntiq sayılar, layiq olduğu qədər yüksək qiymətləndirilər. Hər zaman şahlar tərəfindən mənimsənilər və xəzinənin ən qiymətlisi olar. Son dəfə sənin üçün bir damla göz yaşı axıdıram. Yox! Yox! Sənin üçün deyil! Yanlış yazdım. Mən indi yasdayam. 20 illik həyatımda səninlə ötüb keçən günlərimin, səni düşünərək keçirdiyim günlərimin məzarı başındayam. Onlar üçün son dəfə bir damla göz yaşı axıdıram. Sənə isə dəyməz!
Əlvida!
26.04.2013
Saat 02:19
Səltənət Arzudovum
O.M.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































