ABŞ prezidenti Barak Obamanın məşhur "Chrysler 300C" markalı avtomobili satışa qoyulub. Bahalı lot dünyada məşhur olan "eBay" internet auksionunda satışa çıxarılacaq. İlkin qiymət 1 milyon dollardan aşağı olmayacaq. Mütəxəssislərin fikrincə, həmin maşın avtosalonlarda 170 min dollara alıcı tapa bilərdi. Lakin ilk sahibinin kimliyi və avtomobilin tarixi onu daha da dəyərli və qiymətli edir.
Satışa çıxarılan "Chrysler 300C" 30 min km yol qət edib. Təmir olunmayıb və
heç bir hissəsi dəyişilməyib. 2004-cü ildə maşını alan Barak Obama onu 2007-ci
ildə bazar qiymətinə sadə bir vətəndaşa satıb. O da sonradan həmin maşını 271
min dollara bir başqasına verib. Daha sonra maşın başqa birinə satılıb. Sonuncu
alıcı avtomobilinin ilk sahibinin kim olduğunu öyrənən kimi onu baha qiymətə
satışa çıxarmaq qərarına gəlib.
Bizdə isə maşın satılsın deyə, deyirlər
ki, müəllim maşını olub...
Aqil Hüseynov
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































