Adi mətbəx bıçağının tiyəsi onun ürəyinin bir santimetrliyində, qara ciyərinin 2 santimetrliyində ilişib qalmışdı. Yalnız möcüzə onu xilas edə bildi. Moskva ətrafında yerləşən Elektrostal qəsəbəsində tragikomik bir hadisə baş verib. Rusiya mətbuatının məlumatına görə, 46 yaşlı Yevgeniy Sorokin axşam bıçaq yarası aldıqdan sonra uzanıb yatıb. 12 saat sonra yuxudan oyananda sinəsinə bıçaq saplandığını görüb. Təlaşdan təcili tibbi yardım çağırmağı unudub. Avtobusa minərək, birbaş xəstəxanaya yollanıb. İctimai nəqliyyatda olarkən bıçağı gödəkcəsinin altında gizlətməyə çalışsa da, sərnişinlərdən həqiqəti gizlədə bilməyib. Maraqlananlar onu mobil telefona çəkməyə başlayıblar. Xəstəxanada Yevgeniy məlumat verib ki, axşam saatlarında intihar məqsədilə özünü bıçaqlayıb:
"Dilxor idim. Arvad-uşaq bir neçə aydır məni atıb gedib. Onlar məni tərk etdikdən sonra dərdə düşüb içkiyə qurşandım. Axşam bərk içmişdim. Sinəmə bıçağı soxub yatdım. Səhər duranda əməlimdən peşman oldum. Dərhal xəstəxanaya yollandım."
Həkimlərin fikrincə, istənilən ehtiyatsız hərəkət onun ölümünə səbəb ola bilərdi. Belə ki, bıçağın kəsən hissəsi onun ürəyinin bir santimetrliyində, qara ciyərinin 2 santimetrliyində ilişib qalmışdı
Müsəlman olsaydı, deyərdim: "anası namaz üstündə olub"...
Sərvər Aslanov
O.M.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






















































