Dünyanın ən gəlirli kompaniyasının adı açıqlanıb

Dünyanın ən gəlirli kompaniyasının adı açıqlanıb

Saudi Aramco neft şirkəti 2018-ci ildə dünyanın ən gəlirli kompaniyası olub.

Bu barədə "Moody's və Fitch" reytinq agentliyi məlumat yayıb. Ekspertlər Səudiyyə Ərəbistanı kompaniyasının xalis gəlirini 111,1 milyard dollar həcmində qiymətləndirib.

Bu göstərici ikinci və üçüncü yerlərdə qərarlaşan Apple və Samsung kompaniyalarının nəticələrini xeyli üstələyir. Belə ki, ötən il bu kompaniyalar müvafiq olaraq 59,5 və 35,1 milyard dollar vəsait qazanıb.

Saudi Aramco neft şirkətinin xalis qazancı Apple, Google və Exxon Mobil kompaniyalarının ümumilikdə götürülən gəlirindən də çoxdur.Azərtac

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az