Əmək müqaviləsi işçiyə həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq hüququ verir. Müqavilə ilə işçi, həmçinin qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək və s. kimi hüquqlara malik olur. Əmək münasibətləri rəsmiləşdirilmədən, qeyri-leqal şəkildə işlərə cəlb olunanlar isə həmin hüquqlardan məhrum olurlar.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu fikir nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 21 saylı regional bölməsinin Gəncə şəhərində "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanılması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirici tədbirdə səslənib.
Tədbirdə Gəncə şəhəri, Samux və Göygöl rayonlarının ayrı-ayrı işəgötürənləri, həmkarlar təşkilatlarının, eləcə də əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanılması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-rəsmi məşğulluq hallarının işçilərin əmək və sosial hüquqlardan məhrum olması, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurulması ilə nəticələndiyi diqqətə çatdırılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































