Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə aprel ayının sonunda başlanılacaq, bununla bağlı hər bir şəxs bankdan SMS alacaq.
Əgər kompensasiyaların məbləği 500 manatadək olacaqsa, bu halda vətəndaşlar onlara çatacaq vəsaiti pul köçürmə sistemləri vasitəsilə nağd şəkildə də ala biləcəklər.
Məbləğ 500 manatdan çox olarsa, kompensasiyalar yalnız plastik kartlar vasitəsilə ödəniləcək ki, burada şəffaflıq naminə vətəndaş məmur təması olmasın. Plastik kartların hansı bankda açılması və hesab nömrəsi belə portala daxil olan vətəndaşın şəxsi vərəqəsində öz əksini tapacaq.
Hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi portaldan (https://pk.fimsa.az/az/kompensasiya) istifadə edən bəzi vətəndaşlar SMS-lər gəlmədiyindən şikayətlənirlər. Bununla bağlı Palatanın açıqlamasına görə, hazırda yüklənmələr həddən artıq çoxdur və vətəndaşlardan bu məsələyə səbrli yanaşmaları xahiş olunur.
Bildirək ki, ölkədə fəaliyyət göstərən hər üç mobil operatordan SMS almaq mümkündür.
Qeyd edək ki, problemli kreditlərlə bağlı Azərbaycan Prezidentinin imzaladığı müvafiq fərmanla restruktruzasiyaya 2012-ci il yanvarın 1-dən 2019-ci ilin martın 1-nədək olan gecikmiş kreditlər düşür.
Kompensasiyalarla bağlı güzəştlər isə 2015-ci il devalvasiyasına məruz qalan kreditlərə şamil edilir, yəni əsas odur ki, 2015-ci ildə devalvasiyalar nəticəsində həmin borcgötürənlərə ziyan dəyib və onlar daha yüksək məzənnə ilə borc qaytarmağa məcbur olublar. (oxu.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































