“Diqlas” Ticarət Mərkəzi Rəhimov Araz Nüsrət oğluna məxsus imiş

“Diqlas” Ticarət Mərkəzi  Rəhimov Araz Nüsrət oğluna məxsus imiş

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazidəki "Diqlas" Ticarət Mərkəzi yanıb.

Məlum olub ki, "Diqlas" ticarət mərkəzi iş adamı Araz Rəhimova məxsusdur. Sahibkar həmçinin yaxınlıqda yerləşən "Lotos" ticarət mərkəzinin də sahibidir.

"Diqlas" adı ilə Vergilər Nazirliyində iki qurum – "Diqlas Kvant" və "Diqlas 2" MMC-lər mövcuddur. Hər iki MMC-nin qeydiyyat ünvanı eynidir və hüquqi şəxsdir.

"DIQLAS 2" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 dekabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi iş adamı kimi tanınan Rəhimov Araz Nüsrət oğludur. (unikal)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az