Türkiyə turizmdən əldə edilən gəlirləri 42 milyard dollara çatdırmaq niyyətindədir.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qardaş ölkə 2018-ci ildə turizmdən 35 milyard dollar gəlir əldə edib. Bu il Türkiyəyə 36 milyon turist gəlib. Bununla bağlı Anadolu agentliyinə açıqlama verən Türkiyə Turist Agentlikləri Assosiasiyasının vitse-prezidenti Hasan Erdem deyib ki, bu, ölkə tarixində rekord məbləğdə turizmdən gəlir əldə edilməsi deməkdir. Onun sözlərinə görə, turizmdən gələn gəlir dövlət büdcəsindəki kəsirlərin müəyyən hissəsinin aradan qaldırılmasına imkan verib: "Gələn il biz turizmdən əldə edilən gəlirlərin həcmini 42 milyard dollara çatdırmağı planlaşdırmışıq. Bunun üçün bütün imkanlara malikik".
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq



















































