"İşsizlikdən sığorta fondunun i büdcəsinin 50 faizdən çoxu vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələcək".
Bu sözləri millət vəkili Hadı Rəcəbli Milli Məclisdə "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcə layihəsi haqqında" qanun layihəsi barədə məlumat verərkən deyib.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, qanun işsizlik probleminin həllinə yönəlib.
"Peşə hazırlığı qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı qanun layihəsi işsizlikdən sığorta mexanizmi də dəyişir. İşdən azad edilən şəxslərin 3, 6, 9 ay və ya 1 il müddətində ödənişlərin edilməsi üçün 11 milyon manat ayrılacaq. Bu mexanizm bu il tətbiq edilir, gələn il də davam etdiriləcək. Fonda ayrılan vəsait məşğulluq problemlərinin həllində böyük dəstək olacaq".
"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019- cu il dövlət büdcəsi haqqında" qanuna ikinci oxunuşda dəyişiklik nəticəsində orqanın büdcəsinin xərcləri daha 310 milyon manat artırılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































