ABŞ-ın tətbiq etdiyi sanksiyaların rus həyatına və iqtisadiyyatına xüsusi təsiri haqda danışmağa dəyməz. Rusiyada iqtisadi tənəzzül və əhalinin yoxsullaşması prosesi tədricən baş verir və bu, xüsusən yeni ildən özünü göstərəcək.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a rusiyalı politoloq Aleksandr Sıtin ABŞ sanksiyalarına qarşı Rusiyanın liderliyində hər hansı bir antiamerika koalisiyasının qurulması haqda danışarkən deyib. Ekspert bildirib ki, Rusiya hökuməti və mətbuat hər şeyin yaxşı olduğunu deyir, lakin reallıq fərqlidir:
"Sosioloji xidmətlər sorğular keçirir, nəticələr insanların xoşbəxt olduğunu göstərir, reallıqdan daha xoş bir təsvir yaranır, lakin bu, reallıqda belə deyil. İnsanlar heç nə anlamır, öz səfilləşmələrinin Rusiya hökumətinin avantürist, absurd xarici siyasəti ilə heç bir əlaqəsi olmadığını düşünür. Daha dəqiq desək, Rusiya xalqı başa düşmür ki, kasıblıqlarının səbəbi Krım, Suriya, Donbas və başqa ərazilərin cəzasıdır.
Antiamerika koalisiyasına gəldikdə isə, mənim fikrimcə, bu, ancaq Rusiya Federasiyası Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvlərinin xəstə beyinlərinin məhsuludur. Heç bir koalisiya mövcud deyil, Rusiyanın enerji resurslarının ixracına əsaslanan bir sıra taktiki iqtisadi razılaşmalar var. Bu razılaşmaların məqsədlərində heç bir siyasi və ya hərbi tərkib hissəsi yoxdur. Bir az ciddi siyasi məsələlərdə müttəfiq adlananlar sırasında heç bir ortaq məxrəc yoxdur. Hansı koalisiyadan danışmaq olar?"
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































