Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
Apa xəbər verir ki, siyahıda bir sıra iri şirkətlərin adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, "Total E&P Azərbaycan B.V." şirkətinin Azərbaycandakı nümayəndəliyinin 518 min 227 manat, "BP Pipelines (BTC) Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyinin 469,8 manat, "Azeri Drilling Company" MMC-nin 149 min 470 manat, "Hess (ACG) Limited" şirkətinin Azərbaycandakı filialının 3 mln. 230 min 851,4 manat, "Procter & Gamble Azərbaycan servisləri" MMC-nin 461 min 398,1 manat, "Silk Way Business Aviation" MMC-nin 247 min 647,5 manat, "Statoil Shah Deniz AS" şirkətinin Azərbaycandakı nümayəndəliyinin 640 min 909,2 manat, "Swift Technical (Azerbaijan) LTD" şirkətinin filialının 218 min 144,8 manat, "Aquatech Construction" MMC-nin 982 min 985,9 manat, "Az Yeyinti" MMC-nin 1 mln. 190 min 901,8 manat, "Azeritransport" MMC-nin 574 min 150,3 manat, "Baku Steel Construction" ASC-nin 516 min 490,2 manat, "Budad Food Company" MMC-nin 24 min 852,8 manat, "Çudo Peçka" MMC-nin 815,9 manat, "Köprülüler Grup İnşaat Ticaret Limited Şirketi"nin Azərbaycandakı nümayəndəliyi 20 min 449,7 manat, "Sweet House" MMC-nin 198 min 163,7 manat, Azərbaycan Beynəlxalq Universitetinin 353 min 310 manat, Müstəqil Azərbaycan Universitetinin 98 min 399,9 manat, "İdeal LTD" MMC-nin 105 min 327,3 manat, "A.M.A.Y." ASC-nin 54 min 400,8 manat, "A.M.A.Y." MMC-nin 104 min 945,3 manat, "ADO-G Motors" MMC-nin 18 min 741,4 manat, "Akkord General Construction" MMC-nin 2 min 726,7 manat, "Akkord Nəqliyyat" MMC-nin 84 min 159,8 manat, "Azfen TQ" MMC-nin 167 min 705,6 manat, "Bravo Group" MMC-nin 22 min 515 manat, "Global Stone" MMC-nin 1 mln. 661 min 52,1 manat, "Nurgün-Tradinq LTD" firması 1 min 911,6 manat, "Nur-İnşaat" MMC-nin 3 mln. 839 min 452,9 manat, "Global-Construction" MMC-nin 3 mln. 90 min 234,7 manat, "Transqeyt" MMC-nin 70 min 878,4 manat, "Ashtrom International LTD" şirkətinin Azərbaycandakı filialı 1 mln. 182 min 166,4 manat, "AtaHolding" MMC-nin 795,2 manat, "Caspian American Telecommunications LLC" MMC-nin 141 min 822,5 manat məbləğində borcunun silinməsi təmin olunub.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































