"Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır".
Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.
"Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", - deyə vitse-prezident bildirib.
Manatın devalvasiyasının SOCAR üçün əlavə zərər yaratdığını deyən S. Qasımov bildirib ki, ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür: "Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizm işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir daşıqlar aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək". (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




























.jpg)

.jpg)























