Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2016-cı ildə satılmış məhsulların ümumi dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5% üstələyərək 30,2 mlrd. manata bərabər olub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehlakçılara 15,1 mlrd. manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8% çox qeyri-ərzaq məhsulları satılıb.
Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,6 %-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Belə ki, toxuculuq məhsulları, geyim və ayaqqabı satışı 0,9% artaraq 5 244,8 mln. manat, elektrik malları və mebel 1,5% artaraq 1 912,9 mln. manat, kompüter, telekommunikasiya və avadanlıqları və çap məsulları 1,4% artaraq 234,8 mln. manat, əczaçılıq və tibbi mallar 1,9% artaraq 419,8 mln. manat, avtomobil yanacağı 1,6% azalaraq 1 681,5 mln. manat təşkil edib.
Ötən il istehlak məhsullarının 10,9%-ii hüquqi şəxs statuslu müəssisələr, 55,7%-i fərdi sahibkarlar tərəfindən, 33,4%-i isə bazar və yarmarkalarda satılıb.
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat və ya 16,1% çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




























.jpg)

.jpg)























