Dünya Bankı 2017-2018-ci illər üçün qlobal iqtisadi artım tempi ilə bağlı proqnozlarını aşağı salıb. "Report" Dünya Bankının yaydığı "Global iqtisadi perspektivlər" adlı hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə dünya iqtisadiyyatı 2,7% artacaq.
Xatırladaq ki, Bankın 2016-cı ilin iyun ayında hazırladığı proqnozunda dünya iqtisadiyyatının bu il 2,8% artacağı ehtimal edilirdi. 2018-ci il üçün isə qlobal iqtisadi artım tempi ilə bağlı proqnoz əvvəlki proqnoza nisbətən 0,1 faiz bəndi azaldılaraq 2,9%-ə endirilib.
Dünya Bankının iqtisadçılarının hesablamalarına görə, qlobal iqtisadi artım tempi hazırda 2008-2009-cu illərin maliyyə böhranı zamanı olan 2,3% artımdan sonra ən minimal həddə enib. Ekspertlər bunun səbəblərini ABŞ dollarının möhkəmlənməsi, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması nəticəsində inkişaf etməkdə olan ölkələrin borclanma xərclərinin yüksəlməsi, bu kateqoriyadan olan ölkələrdən kapital axınını kimi amillərlə əlaqələndirirlər.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




























.jpg)

.jpg)























