Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin sosial müdafiəsinin bütün istiqamətləri üzrə maliyyə təminatı normal səviyyədə həyata keçirilir. Apa xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim MüslümovYeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, cari ilin 11 ayında Fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9% və ya 235 mln. manat artaraq 2,9 mlrd. manata çatıb: "Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% və ya 103 mln. manat artmaqla 1,7 mlrd. manat olub. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında artım tendensiyası davam edib. Cari ilin yanvar-noyabr aylarında bu sektordan daxilolmalar sosial sığorta haqlarının 64%-ini və ya 1087 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% və 54,5 mln. manat çoxdur. Daxilolmaların səviyyəsinin mütəmadi artımı Fondun xərclərinin 98,2%-ini təşkil edən pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə şərait yaradıb".
S. Müslümov əlavə edib ki, 2016-cı ilin 11 ayında Fondun büdcəsindən əmək pensiyaları üzrə xərclərə əvvəlki ilin müvafiq dövrünə nisbətən 216 mln. manat və ya 8,4% çox vəsait yönəldilib. "Sosial sığorta müavinətləri üzrə ödənişlərin məbləği isə 15 mln. manat artaraq 82 mln. manata çatıb", - deyə o bildirib.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































