Azərbaycan prezidenti İlham Əliyev Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Apa-nın məlumatına görə, prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək görüşünün önəmini qeyd edib.
Dövlət başçısı Nihat Zeybekcinin Azərbaycana səfərinin həm Şuranın iclasında iştirakı, həm də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.
Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın Türkiyəyə ən böyük dəstək verən ölkə olduğunu deyib.
Azərbaycan ilə Türkiyənin ən yaxın qardaş ölkələr olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirib.
Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















