Bu yaxınlarda elektrik enerjisinin ardınca Azərbaycanda benzinin də bahalaşması gözlənilir. Bununla bağlı təkliflər artıq Tarif Şurasına təqdim edilib
Bu barədə hökumətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, kommunal xidmət göstərən qurumların maliyyə durumunun yaxşı olmaması və kənardan maliyyə cəlb etmək imkanlarının məhdud olması səbəbindən hökumət təbii inhisarların xidmət tariflərini artırmağa məcburdur:
"Benzin və dizel yanacağının 20-25 faiz bahalaşması gözlənilir. Sonrakı mərhələdə isə əhaliyə satılan təbii qazın qiymətində bahlaşma olacağı nəzərdə tutulur".
İl ərzində Tarif Şurası əhaliyə satılan içməli suyun, qazın və elektrik enerjisinin qiymətinin bahalaşması barədə qərar qəbul edib.
Azərbaycanda sonuncu dəfə Tarif Şurasının qərarı ilə benzin 2013-cü ilin dekabrın 3-də bahalaşıb. Şuranın dekabrın 2-də axşam verdiyi qərarla qiymətlər belə qalxıb:
Bir litr benzin:
Aİ-80 və Aİ-92 markalı 55 qəpikdən 70 qəpiyə,
Aİ-95 markalı benzin 60 qəpikdən 80 qəpiyə,
Dizel yanacağı 45 qəpikdən 60 qəpiyə qaldırılıb. (istiqlal.az)
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































