ABŞ dollarının altı əsas valyutaya qarşı məzənnəsini müəyyən edən "ICE U.S. Dollar" indeksi bugünkü ticarət sessiyasında 0,09% zəifləyib.
Dolların 16 valyutaya nisbətən məzənnəsinin dinamikasını müəyyənləşdirən "WSJ Dollar" indikatoru 0,15% geriləyib.
Avronun dollara qarşı məzənnəsi həftənin ilk ticarət sessiyasının gedişatında 1,0459 dollar səviyyəsində ticarət olunur. Xatırladaq ki, ötən ticarət sessiyasının sonunda Avrozonanın vahid valyutası 1,0451 dollar olub.
Ötən sessiyanın sonunda 1 dollar 117,93 Yaponiya yeni təşkil edirdisə, bu gün 117,29 yenə çatıb. Maraqlıdır ki, son 12 həftənin 10-da dollar yenə nisbətən bahalaşıb. Qeyd edək ki, Yaponiyanın rəsmi valyutası ötən həftə dollar nisbətən 2,4% ucuzlaşıb.
"İnterfax" agentliyi yazır ki, bugünkü ticarət sessiyasında dolların ucuzlaşmasına səbəb ABŞ-la Çin arasında yaranan gərginlikdir. Belə ki, dekabrın 15-də Çinin hərbi gəmisi Cənubi Çin dənizində ABŞ-a məxsus sualtı avtomatik aparatı ələ keçirib. Çin Müdafiə Nazirliyi bəyan edib ki, aparatı ABŞ-a qaytarmağa hazırdır. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp çinliləri oğru adlandırıb: "Onu (aparatı - red. özünüzə saxlayın!" (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















