ABŞ-ın illik 18,5 trilyon dollarlıq milli gəlirinə qarşı özəl sektor xaric 19,9 trilyon dollar borcu var.
ABŞ Xəzinə Nazirliyinin məlumatına görə, 2016-cı ilin dekabr ayında dünyanın ən böyük iqtisadiyyatında adambaşına düşən borc 61 min dollardan artıq məbləğdədir.
Ölkənin borcunun ən böyük hissəsini təxminən 14 trilyon dollarla öz vətəndaşlarına, ştatlara, banklara, sığorta şirkətlərinə, investisiya fondlarına, pensiya fondlarına və mərkəzi bank Fed-ə olan borclar, qalanını isə (6 trilyon dollara yaxın) ABŞ-ın istiqrazını almış xarici ölkələrə olan borclar təşkil edir.
Dünyanın üç böyük iqtisadiyyatından biri olan Yaponiya 1 trilyon 132 milyard dollarlıq, Çin isə 1 trilyon 116 milyard dollarlıq ABŞ xəzinə veksel və istiqrazlarına malikdir. Növbəti yerlərdə İrlandiya (271 milyard dollar), Kayman adaları (262 milyard dollar), Braziliya (255 milyard dollar), İsveçrə (235 milyard dollar), Lüksemburq (216 milyard dollar), İngiltərə (207 milyard dollar), Tayvan (189 milyard dollar) və Honq Konq (186 milyard dollar) gəlir. (azvision)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“






























.jpg)

.jpg)





















