Son günlər bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpik səviyyəsində müəyyənləşdirilməsi ilə bağlı müraciət edildiyi, buna baxmayaraq Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə virtualaz.org saytına SOCAR-dan məlumat veriblər.
Xəbərdə deyilir ki, SOCAR-ın prezidenti tərəfindən bu və buna oxşar heç bir müsahibə və ya bəyanat verilməyib. "Bildiririk ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsi SOCAR tərəfindən istehsal olunur, digər hissəsi isə Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır. Son illər istehsal xərclərinin artması və manatın məzənnəsindəki dəyişmələr nəticəsində təbii qazın maya dəyəri onun ölkə daxilində tənzimlənən qiymətlərindən yüksək olub ki, SOCAR tərəfindən bu haqda ictimaiyyətə məlumat verilib.
Aydındır ki, belə bir şəraitdə təbii qaz təchizatında dayanıqlığı və keyfiyyətli xidmətin davamlılığını təmin etmək mümkün deyildir. Qeyd olunanlar nəzərə alınaraq, perspektiv inkişafın təmin olunması məqsədilə SOCAR tərəfindən təbii qaz tarifinin əhali üzrə diferensiasiya olmadan və "Azərenerji" ASC də daxil olmaqla bütün istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpik müəyyənləşdirilməsi ilə bağlı Tarif Şurasına müraciət edilib. Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilib. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik, elektrik enerjisi sərfiyyatı aylıq 250 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















