"Daxili və xarici borclarla bağlı vəsaitlərin bazara daxil olması məhdudlaşa bilər"
"Daxili və xarici borclarla bağlı vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, indi qarşıda duran əsas problemlərdən biri borclar və investisiya probleminin bazardan kənarda həll olunmasına nail olmaqdan ibarətdir: "Bu istiqamətdə bizim təkliflərimiz var. Bu məsələ baş nazirin yanında müzakirə olunub. Biz düşünürük ki, keçid dövründə manevr etməklə həm daxili, həm də xarici borclara görə vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki belə olan şəraitdə manatın məzənnəsinə əlavə təzyiq yaranır və manatın ucuzlaşmasına səbəb olur. Manatın ucuzlaşmasının isə sosial-iqtisadi nəticələrini yaxşı bilirik".
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















