Azərbaycanda 2017-2020-ci illər ərzində ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir.
"Trend"in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində qeyd olunub.
Layihəyə əsasən, demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin orta ömür yaşının artırılması üçün qarşıdakı illər üzrə prioritetlər də müəyyələşdirilib.
Bu prioritet istiqamətlər əhalinin bütün sosial-demoqrafik qrupları və təbəqələri üçün sağlam həyat tərzinin yaxşılaşdırılması, əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, ailə planlaşdırılması xidmətinin inkişafı, aztəminatlı əhaliyə, o cümlədən çoxuşaqlı ailələrə, əlillərə, qaçqın və məcburi köçkünlərə müvafiq xidmətlərin göstərilməsi və s-dir.
Qeyd edək ki, bu il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda əhalinin sayı 9784,6 min nəfərdir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















