Türkiyədən idxal olunan mallar ucuzlaşacaq

Türkiyədən idxal olunan mallar ucuzlaşacaq

Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal olunan məhsulların maya dəyərinin azalması deməkdir.

Sputnik-in verdiyi məlumata görə, bu haqda iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib: "Hazırda Azərbaycan bu məsələdə daha avantajlı mövqeyə malikdir. O baxımdan ki, Türkiyədən Azərbaycana idxal kifayət qədər çoxdur. Xüsusilə, yüngül və yeyinti sənayesi məhsulları sahəsində. Bu məhsulların maya dəyərinin aşağı düşməsi, son nəticədə daha aşağı qiymətlərlə satışın təşkili nəticəsində əhalinin onsuz da zəifləmiş istehlak qabiliyyətində müəyyən dirçəlişə səbəb ola bilər".

"Türkiyə iqtisadiyyatı bu kimi dalğalara alışıb. Türkiyədə bu, ilk dəfə deyil baş verir. Türkiyə öz məhsullarını uzunmüddətli dövrdə anbarlarda saxlamayacaq. Lirənin ucuzlaşması Türkiyənin ixrac imkanlarını genişləndirir. O cümlədən Türkiyədən Azərbaycana daxil olan məhsulların maya dəyərini aşağı salır. Digər bir məsələ odur ki, bu gün Türkiyədə biznes sahəsində, əmək bazarında sıravi işçi kimi fəaliyyət göstərən azərbaycanlılar çoxdur. Lirənin ucuzlaşması son nəticədə həmin insanların gəlirlərinə mənfi təsir göstərə bilər", — mütəxəssis bildirib.

Digər iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, Türkiyədən gələn məhsulların qiymətinin artması ehtimalı var: "Çünki lirə ilə satış həyata keçirilsə də, müəyyən itkilərini qarşılamaq üçün istehsalçılar qiymətlərin artırılmasına üstünlük verirlər. Azərbaycan manatının da dollar qarşısında son vaxtlar zəifləməsini nəzərə alsaq, bu baxımdan Türkiyədən gələn məhsulların Azərbaycan manatı ekvivalentində daxili bazarda satış qiymətlərində artım müşahidə olunacaq".

Onun fikrincə, Türkiyədən gələn məhsulların yaxın gələcəkdə qiymətinin artmasını müşahidə edəcəyik. Amma bunun da bir həddi var: "Çünki Azərbaycanda alıcılıq qabiliyyəti də xeyli dərəcədə zəifləyib. Qiymətlərin kəskin artması iş adamlarına da ciddi şəkildə sərf etməyəcək. Çünki gətirdikləri məhsulların satışında problemlər yaşanacaq. Ona görə də bir müddət çalxalanmalar, qiymətdə ciddi fərqlər yaransa da, bir müddətdən sonra qiymətlərdə müəyyən stabillik yaşanacaq".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az