Azərbaycan nefti bahalaşıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,05 dollar və ya 0,1% artaraq 49,69 dollar təşkil edib. Bu artımın fonunda milli valyutamız olan manat sürətlə dəyərini itirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 22-si ilə müqayisədə 0,32% bahalaşaraq 1,7146 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,8220 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,37% bahalaşaraq 0,0269 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 0,59% artaraq 0,5065 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1289 manatdır. Beləliklə, funt sterlinq 0,28%-lik azalma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 1,14% bahalaşaraq 0,6928 manat olub.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















