Dolların 6 valyutadan ibarət səbətə qarşı indeksi 0,16% ucuzlaşaraq 100,89 səviyyəsinədək geriləyib. Beləliklə, ABŞ-ın milli valyutasının indeksi 13,5 illik maksimum səviyyədən, yəni 101,48-dən aşağı enib.
Bazar ertəsinədək indeks 10 ticarət günü ard-arda bahalaşma nümayiş etdirib. İnvestorlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan büdcə xərclərinin azaldılacağını, eyni zamanda inflyasiya və uçot dərəcəsinin artırılmasına şəraitin yaradılmasını gözləyir.
Avro hələlik 0%-lik dinamika nümayiş etdirərək 1,0623 dollar ətrafında ticarət olunur. Beləliklə, Avrozonanın vahid valyutası dekabr ayında qeydə alınan minimumdan, yəni 1,0569 dollarlıq (bu səviyyəyə ötən həftənin cümə günü çatıb) səviyyədən geriləyib.
Funt sterlinq də stabildir və 1,2492 dollar səviyyəsində ticarət olunur.
Yaponiyada 7.4 bal gücündə baş verən zəlzələnin ardınca dolların yenə qarşı məzənnəsi cüzi dəyişib. Hazırda 1 dollar 110,84 yen səviyyəsində qərarlaşıb. Bundan öncəki ticarət sessiyasının bağlanışında bu göstərici 110,27 olub. Halbuki, ötən gün dollar yarımillik rekord səviyyəyə, yəni 111,36 yenə qədər bahalaşıb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















