Ötən gün 2003-cü ilin aprel ayında qeydə alınan maksimumu yeniləyən dolların indeksi (6 əsas valyutadan ibarət səbətə nisbətən) bugünkü ticarət sessiyasında stabillik nümayiş etdirir.
Apa xəbər verir ki, avro 1,0699 dollar civarında ticarət olunur. Ötən gün ticarət sessiyasının sonunda avro 1,0691 dollar səviyyəsində idi.
Ötən ticarət sessiyasında dolların Yaponiya yeninə qarşı məzənnəsi 109,08 səviyyəsində idisə, hazırda 109,12-dir.
"Donald Trampın prezident seçkilərindəki triumfu bu il dolların indeksinə müsbət təsir edən ən yaxşı amildir. Bu sürprizin hesabına dekabrda uçot dərəcəsinin artırılması ehtimalı kəskin artıb", - deyə FXTM-in analitiki Lukman Otunuqa bildirib.
"MarketWatch" isə qeyd edir ki, dolların nümayiş etdirdiyi möhkəmlənmə tendensiyasına baxmayaraq, hazırkı rallidə zəifləmə çalarları sezilir: "Ola bilsin ki, investorlar dolların məzənnəsinin həddən artıq gücləndiyini görüb".
Bu arada "WSJ dollar" indeksi (16 əsas valyutadan ibarət səbətə nisbətən) 0,02% zəifləyib.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















