Prezident İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
AzərTAc-ın məlumatına görə, sərəncama əsasən, Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb.
Komissiyanın sədri:
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri;
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri;
Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri;
Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Dövlət Komissiyası bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırsın, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirsin, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















