Bugünkü ticarət sessiyasında dolların indeksi 9 aylıq maksimumu yeniləyib.
Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır.
Dolların indeksi 0,44% möhkəmlənərək 99,5 səviyyəsinədək yüksəlib. Bunadək isə ABŞ-ın milli valyutasının indeksi yanvarın 29-dan etibarən ən yüksək göstərici hesab olunan 99,68 səviyyəsinədək irəliləməyi bacarıb.
Dolları bahalaşdıran əsas amillərdən biri də odur ki, investorlar ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın administrasiyasından inflyasiyanın yüksəldilməsi istiqamətində zəruri addımların atılacağını gözləyir. Bu gözləntilər ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyini 2,2% artıraraq 10 aylıq maksimum səviyyəyə çatdırıb.
Dollar Yaponiya yeninə qarşı 0,8% bahalaşaraq 107,56 səviyyəsində qərarlaşıb. Halbuki, bundan öncə dollar 107,595 yenə qədər bahalaşmışdı ki, bu da iyunun 7-dən etibarən maksimumdur.
Avro 0,52% ucuzlaşaraq 1,0794 dollaradək geriləyib. Bundan öncə Avrozonanın vahid valyutasının dollara qarşı məzənnəsi hətta 1,0773 səviyyəsinədək enib ki, bu da yanvarın əvvəlindən minimal göstəricidir.
Funt sterlinq isə 0,3% ucuzlaşaraq 1,2559 dollara çatıb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















