Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən KİV-ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% möhkəmlənərək 1,6869 manata çatıb.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,33% möhkəmlənərək 1,8397 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,52% ucuzlaşaraq 0,0260 manata enib.
Türkiyə lirəsinin məzənnəsi isə 0,52% zəifləyərək 0,5188 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1191 manatdır. Beləliklə, funt sterlinq 1,72%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,29% azalaraq 0,6802 manat olub.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































