Bugünkü ticarət sessiyasında dolların indeksi zəifləməkdədir.
Treyderlər dünya birjalarında baş verən 24 saatlıq təlatümdən sonra stabillik axtarışındadırlar. Yeri gəlmişkən, sutkalıq təlatüm riskli aktivlərin kütləvi satışı ilə müşahidə olunub. Səbəb isə aydındır - Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması.
Dolların Yaponiya yeninə qarşı məzənnəsi 0,35% zəifləyərək 105,28 yenə çatıb. Sessiya ərzində bu göstərici 104,99 səviyyəsinədək enib. Ötən gün isə ABŞ-ın milli valyutası hətta 101,19 yenədək ucuzlaşıb. D. Trampın qələbəsi təhlükəsiz aktiv sayılan Yaponiya yenini daha cazibədar edib.
ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliliyi 2,064%-dən 1,995%-dək enib.
Ötən gün sentyabr ayının 8-də qeydə alınan maksimumu yeniləyərək 1,1299 səviyyəsində qərarlaşan avro ardınca 1,0902 dollaradək geriləyib. Bugünkü ticarət sessiyasında Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,0942 dollara çatıb. Dolların indeksi 0,09% zəifləyərək 98,42 səviyyəsində qərarlaşıb. (apa)
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















