Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən KİV-ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 8-i ilə müqayisədə 0,57% möhkəmlənərək 1,6782 manata çatıb.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,48% zəifləyərək 1,8336 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0264 manat səviyyəsinə çatıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,82% zəifləyərək 0,5215 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdır. Beləliklə, funt sterlinq 0,78%-lik artım nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,25% azalaraq 0,6822 manat olub.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































