Manatı “okean küləyi” vurdu - Dollar 3 manata qədər bahalaşacaq

Manatı “okean küləyi” vurdu - Dollar 3 manata qədər bahalaşacaq

Amerikada keçrilən prezident seçkilərinin gözlənilməz nəticəsi birjalarda da əks-səda verib
Neftlə yanaşı milli valyutaların məzənnəsində də azalma qeydə alınıb. Mərkəzi Bankın bu günə verdiyi rəsmi məzənnə 1 dollara 1.6686 manat təşkil edir. Manatın dollara nisbətdə müəyyən qədər bahalaşma şansı isə artıq yoxdur.

Mənbə xəbər verir ki, hökumət artıq manatın bahalaşmasında maraqlı deyil. Bir müddət öncə Mərkəzi Bank süni nəzarət mexanizmi hesabına manatın məzənnəsini nisbətən sabit saxlayırdı. Artıq Mərkəzi Bankın maliyyə resursları tükənib və bazarda aktiv iştirak edə bilmir.

Kommersiya banklarının isə dollar tələbatı günü-gündən yüksəlir. Xarici borclar və əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməyən banklar dollar satışını tam məhdudlaşdırıb. Bu da əhali arasında dollar ajiotajının yaranmasına səbəb olur. İqtisadçılar bildirirlər ki, dolların məzənnəsi ilin sonuna qədər 2.00 manat olacaq. 2017-ci ildə isə manat mütəmadi olaraq ucuzlaşaraq öz real dəyərini tapacaq.

Qeyd edək ki, ekspertlərin hesablamalarına görə manatın real dəyəri 2.50-3.00 manat civarındadır. Manat öz dəyərinə çatandan sonra dünyada baş iqtisadi proseslərə reaksiya verə bilər. Hal-hazırda isə dünya birjalarında baş verən oynamalara manat ancaq ucuzlaşmaqla reaksiya verə bilir. (cebhe.info)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az