Kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açılacaq

Kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açılacaq

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC kənd təsərrüfatı məhsullarının topdansatış və pərakəndə satış bazarları açacaq.

Apa xəbər verir ki, bu barədə ASC-nin nümayəndəsi Xaliq Məmmədov məlumat verib.

X.Məmmədov deyib ki, iri şəhərlərdə mövsümi xarakterli meyvə və tərəvəzlərin daha ucuz qiymətə və çevik şəkildə əhaliyə çatdırılması ilə bağlı korporativ ticarət şəbəkəsinin qurulması planlaşdırılır.

"Səyyar satış yarmarkalarının təşkili ilə bağlı bu gün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əldə olunmuş böyük təcrübə var. Bu təcrübədən yararlanaraq daha çox yarmarkaların təşkil olunması və əhalinin ərzağa olan tələbatının normaya uyğun təmin olunması üçün ciddi iş və fəaliyyət planları var. Bu fəaliyyət planları ilə əlaqədar bütün qurumlar və dövlət təşkilatları ilə əməkdaşlıq şəraitində müzakirələr aparılır. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul ediləcək və bu bazarların yaradılması istiqamətində aparılan işlər barədə cəmiyyətə məlumat veriləcək", - deyə X.Məmmədov bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az