Azərbaycan prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci il tarixli "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" sərəncamına uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin çəkilişinə başlanıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Məbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Apa-ya verdiyi məlumata görə, artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti Astara çayı üzərində tikilən üç aşırımlı dəmir yolu körpüsünə çatıb.
Körpüdə 4 dayaq, istinad divarları tikilib, üstü betonlanıb. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların və məhəccərlərin quraşdırılması prosesi gedir.
Qeyd edək ki, relyefi mürəkkəb olan əraziyə - Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi üçün 100-ə yaxın texnika cəlb olunub, əraziyə 510000 kub-metr qum, qaya daşı, çınqıl, köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə çirkab sularının axıdılması üçün 13 ədəd suötürücü qurğu, sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə 2 ədəd tunel tikilib. Dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatıb. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyekt (yaşayış və qeyri-yaşayış sahəsi) köçürülüb.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















